SlideshowSlideshowSlideshow

Haqqımızda

sdali_about

 

Açıldığı ilk gündən özünün ecazkar mühiti, möhtəşəm  musiqili şou proqramları, füsunkar mətbəxi və  qüsursuz xidməti ilə seçilən "Salvador Dali" restoranı Bakı şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilmişdir. Siz Azərbaycan mətbəxinin milli təamlarından, Avropa mətbəxinin ənənəvi yemək nümunələrindən dadaraq xoş və doğma bir mühitdə istirahət edə bilərsiniz. Bizim aşpazların yaradıcı işləri zərif və ləziz yeməkləri sevən ən tələbkar müştəriləri belə laqeyd qoymur.

Şəhərin mərkəzində yerləşən "Salvador Dali" restoranından şəhərin gözəl panoramalı görünüşünə xoş mənzərə açılır. Burada Sizi gülərüz və nəzakətli heyət qarşılayacaq, ləziz təamlar və isti mühit Sizin rahatlanmanıza zəmin yaradacaq və nağıllar aləminə aparacaq.

Məkan dəbdəbəli və unikal dizaynı ilə müştrərilərin zövqünü oxşayır. Bu dizayn və göstərilən yüksək xidmətə biganə qalmaq mümkün deyil. Yaxın qohum və əziz dostları ilə ləziz və sağlam yeməklərdən dadıb canlı musiqi sədaları altında xoş vaxt keçirmək istəyən hər kəsi "Salvador Dali" restoranında görməyə çox şadıq.

 

 

Ünvan: Yusif Səfərov küç. 23A

“Crystal Plaza” 9-cu mərtəbə

Telefon: (+994 12) 496-49-99

İş vaxtı: 11:00-dan son müştəri gedənə qədər

Orta hesab: 50-60 AZN

Mətbəx: Avropa və milli

Xüsusi cəhətləri: pulsuz Wi-Fi, masa sifarişi, kredit kartları ilə ödəniş, ziyafətlərin sifarişi